Kreml ittihamları rədd edirbackend

Kreml ittihamları rədd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Peskov Ukraynanın Dnepr şəhərində mənzilə raket hücumu ilə bağlı ittihamları rədd edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Peskov Moskvada jurnlistlərə açıqlama verib.

“Rusiya ordusu yaşayış binalarına və sosial infrastruktur obyektlərinə hücum etmir. Ukrayna tərəfinin bəzi nümayəndələrinin faciənin hava hücumundan müdafiə sistemi ilə bağlı olması ilə bağlı verdiyi qənaətləri də görmüsünüz” – deyə qeyd edib.

Böyük Britaniyanın Ukraynaya “Challenger 2” tankları göndərmək planlarına reaksiya verən Peskov, “Biz buna son dərəcə mənfi yanaşırıq. Böyük Britaniya və digər Avropa ölkələrinin Ukraynaya yeni daha təkmil hərbi texnika vermək niyyəti meydandakı vəziyyəti dəyişmir. ” fikirlərini səsləndirib.