Kreml maska ​​rejimi tətbiq edir? – Peskov AÇIQLADIbackend

Kreml maska ​​rejimi tətbiq edir? – Peskov AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml hələ maska ​​rejimi tətbiq etməyib.

NOCOMMENT.azTASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Daha əvvəl Rusiya Federasiyasının Hökumət Evində bu və digər anti-COVİD tədbirlərin geri qaytarılması barədə məlumat verilmişdi.

“Kreml hələ maska ​​rejimi tətbiq etməyib. Bizdə belə tədbirlər yoxdur. Biz görürük ki, təbii ki, müəyyən mövsümilik var, xəstələnmənin mövsümi artımı mümkündür. Mütəxəssislərdən – epidemioloqlardan göstəriş gözləyirik” – Peskov bildirib.

Qeyd edək ki, Rusiya “Rospotrebnadzor” bildirib ki, payızda qrip və koronavirus infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar müxtəlif müəssisələrdə müvəqqəti olaraq yerli məhdudiyyətlər tətbiq oluna bilər.