Rusiya Federasiyası “Oreşnik” ballistik raketinin buraxılmasına 30 dəqiqə qalmış Nüvə Riskinin Azaldılması Mərkəzi vasitəsilə ABŞ-yə avtomatik bildiriş göndərib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası ABŞ-yə və ya digər ölkələrə “Oreşnik”-in istifadəsi ilə bağlı əvvəlcədən xəbərdarlıq göndərməyib, çünki belə öhdəliklər yoxdur.