Kreml: Paşinyan Putinlə söhbətdən sonra səhv fikirdə olduğunu anladıbackend

Kreml: Paşinyan Putinlə söhbətdən sonra səhv fikirdə olduğunu anladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən sonra “İsgəndər” məsələsində ona səhv məlumatın çatdırılması qənaətinə gəlməsindən məmnunuq”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov RİA Novosti-yə deyib.

“Çox vacibdir ki, bu məsələdə həqiqət bərqərar oldu”, – deyə o vurğulayıb.

Xatırladaq ki, bir qədər əvvəl N.Paşinyan “İsgəndər” raketinin keyfiyyəti ilə bağlı ona səhv informasiya verildiyini açıqlayıb.