Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında sabahkı söhbətə hazırlıq ilk növbədə Ukraynadakı münaqişənin həlli ilə bağlı aparılır.
NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlərə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib, onun cavabı müxbirin Teleqram kanalında dərc olunub.
O qeyd edib ki, siyasətçilər arasında telefon danışığı üçün gündəmdə olan mövzular hazırlanır.
“Əsas məsələ, əlbəttə ki, Ukrayna nizamlanmasıdır. Ona görə də prezident üçün tezislər hazırlanacaq”, – Peskov bildirib.