Rusiya lideri Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən görüşlər Rusiyanın mövqeyini Amerika tərəfinə çatdırmaq üçün yaxşı fürsətdir.
NOCOMMENT.az xəbər verir ki, bu fikirləri dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinlə söhbətində deyib.
Amerika tərəfi ilə təmaslar üçün birbaşa telefon danışığındansa, niyə xüsusi nümayəndə ilə görüş formatına üstünlük verilməsi sualına cavab verən Kreml nümayəndəsi izah edib ki, şəxsi söhbətdə bütün nüansları ortaya qoymaq həmişə daha asandır.
“Əgər Uitkoffla ünsiyyətin çox vaxt, bir neçə saat çəkdiyini görsəniz, bu, mövqeyimizi Amerika tərəfinə çatdırmaq üçün yaxşı fürsətdir”, – Peskov bildirib.