Kreml: Putinlə İlham Əliyev Qarabağ barədə qısa danışıblarbackend

Kreml: Putinlə İlham Əliyev Qarabağ barədə qısa danışıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, tərəflər Qarabağda yaranmış vəziyyəti də müzakirə ediblər.

“Bəli, telefon danışığı olub. Prezident İlham Əliyev Putini ad günü münasibətilə təbrik edib və tərəflər Qarabağ münaqişəsini qısaca müzakirə ediblər. Dialoq davam edəcək”, – deyə Putinin mətbuat katibi Dmitri Peskov qısa açıqlama verib.