KoronaVirus İnformasiya Portalı
Kreml: Qarabağda sülhməramlıların yerləşdirilməsi yalnız münaqişə tərəflərinin razılığı ilə mümkündürbackend

Kreml: Qarabağda sülhməramlıların yerləşdirilməsi yalnız münaqişə tərəflərinin razılığı ilə mümkündür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi yalnız Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Burada əsas məsələ münaqişə tərəflərinin, yəni Azərbaycan və Ermənistanın buna hazır olub-olmamasıdır. Hər hansı sülhməramlıların, müşahidəçilərin, kim olursa olsun, yerləşdirilməsi yalnız hər iki tərəfin razılığı ilə mümkündür”, – deyə Putinin sözçüsü Rusiyanın sülhməramlı qüvvələrini Dağlıq Qarabağa göndərməyə hazır olub-olmadığı ilə bağlı sualı cavablandırarkən söyləyib.

“İndiyə qədər bu suala cavab eşitməmişik”, – deyə o əlavə edib.