Kreml Qriqoryanı təxribatçı adlandırıbbackend

Kreml Qriqoryanı təxribatçı adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı təxribatçı adlandırıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, D.Peskov Ermənistanın “NEWS.am” saytına açıqlamasında A.Qriqoryanın fikirlərinə münasibət bildirib.

“Bu bəyanat həqiqətə uyğun olmayan təxribat sayıla bilər”, – deyə Kreml sözçüsü vurğulayıb.

D.Peskovun sözlərinə görə, A.Qriqoryanın fikirləri həqiqətə uyğun deyil: “Rusiyanın rəsmi şəxslərindən heç kim heç bir vasitə ilə Ermənistan tərəfə bu barədə bir söz deməyib”.

Xatırladaq ki, A.Qriqoryan Azadlıq Radiosuna müsahibə verib. O deyib ki, Rusiya Ermənistanın strateji müttəfiqidir. Təhlükəsizlik Şurasının katibi daha sonra əlavə edib ki, Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə və yaranmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edir.