Kreml: Rusiya potensialından maksimum istifadə edəcəkbackend

Kreml: Rusiya potensialından maksimum istifadə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Putinin Stalinqrad döyüşünün 80-ci ildönümü tədbirində söylədiklərinə aydınlıq gətirib.

NOCOMMENT.az xəbər verir ki, Peskov Putinin Qərbin Ukraynanı silahla təmin etdiyi bir vaxtda Rusiyanın potensialından maksimum istifadə edəcəyi mesajını verdiyini açıqlayıb.

Kreml sözcüsü Stalinqrad döyüşündəki qələbənin 80 illiyi tədbirində Putinin Qərbin Ukraynaya silah tədarükünə qarşı verdiyi mesajı şərh edərək bildirib:

“Bu (mesaj) o deməkdir ki, Rusiyanın potensialı var və kollektiv Qərb tərəfindən tədarük edilən yeni silahlar Ukrayna tərəfindən əldə olunduqca Rusiya xüsusi hərbi əməliyyat çərçivəsində cavab vermək üçün bütün potensialından istifadə edəcək”.