Kreml Rusiyadakı hədəflərə qarşı “Storm Shadow” raketlərinin istifadəsindən danışıbbackend

Kreml Rusiyadakı hədəflərə qarşı “Storm Shadow” raketlərinin istifadəsindən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada hədəflərə qarşı “Storm Shadow” raketlərinin istifadəsi ilə bağlı məlumatlar yeni eskalasiyadır. 

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib .

Rusiya prezidentinin mətbuat katibindən Rusiyada hədəflərə qarşı ATACMS raketlərinin tətbiqi ilə bağlı təsdiqlənmiş məlumatları nəzərə alaraq, Kremlin hadisələrin bu inkişafını necə qiymətləndirdiyi soruşulub.

“Yeni eskalasiya baş verir. Bu, gedən ABŞ rəhbərliyinin tutduğu çox məsuliyyətsiz bir mövqedir . Onlar Ukrayna münaqişəsinin alovuna yağ tökməkdə davam edir, onun başa çatması istiqamətində heç olmasa müəyyən dinamikanın qarşısını almaq üçün hər cür şərait yaradırlar”, – deyə Peskov cavab verib.

Kremlin sözçüsü həmçinin bildirib ki, ABŞ Ukraynadan “Rusiya ilə müharibəsində alət kimi” istifadə edir .