Kreml və İrəvan söz duelinə çıxdı: Düşmənlər belə danışmır…backend

Kreml və İrəvan söz duelinə çıxdı: Düşmənlər belə danışmır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər indiki şəraitdə Qarabağda ermənilərin yaşamasını istəyiriksə, məntiq onu deməyə əsas verir ki, İrəvan daha diqqətli olmalı və Rusiya rəhbərliyinə qarşı sərt bəyanatlardan çəkinməlidir.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Benyamin Poqosyan Rusiya və Ermənistan XİN başçılarının bir-birinin ünvanına səsləndirdiyi ittihamlar haqda qeyd edib.

“Diplomatik praktikada bir ölkənin xarici işlər nazirinin digər ölkənin XİN başçısını açıq şəkildə yalan danışmaqda ittiham etməsi çox nadir rast gəlinən haldır. Bu hal hətta dost olmayan ölkələrin XİN başçıları arasında baş vermir, nəinki “strateji müttəfiqlər”. Səbəbləri deyə bilmərəm, amma qəribə və qeyri-adi şeyin baş verdiyi hiss olunur”, – deyə o bildirib.

Politoloq qeyd edib ki, İrəvan Qarabağda hər şeyin Rusiyadan asılı olduğunu bilməlidir: “Ermənilər rus sülhməramlılar Qarabağda olduğu müddətdə orda yaşayacaqlar. Xankəndidə bu yaxınlarda baş tutan çoxminli mitinqin səbəbi rus sülhməramlıların orada iştirakıdır. Rus sülhməramlılar olmasa, mitinq də olmayacaqdı”.

Onun sözlərinə görə, rus sülhməramlılar bu gün çıxmağa başlasalar, onlardan qabaq ermənilər o əraziləri tərk edəcək.

Qeyd edək ki, Ermənistan XİN başçısı Ararat Mirzoyanın Moskva səfərindən imtinasına Rusiya xarici işlər naziri Sergey Lavrov sərt reaksiya vermişdi. O bildirmişdi ki, Ermənistan tərəfi bu barədə heç diplomatik kanallarla da məlumat verməyiblər, imtinanı yalnız mediadan öyrənmişik.

A.Mirzoyan isə buna cavab olaraq Lavrovu yalan danışmaqda ittiham etmişdi.

Eyni zamanda, Ermənistan TŞ katibi Armen Qriqoryan Rusiyanın Ermənistanı Zəngəzur dəhlizini açmağa və İttifaq Dövlətinə daxil olmağa məcbur etdiyini bildirdi. Kreml sözçüsü Dmitri Peskov isə bunu yalan və təxribat adlandırdı.