Kreml: Zelenskinin legitim olmaması danışıqların aparılmasına maneə deyilbackend

Kreml: Zelenskinin legitim olmaması danışıqların aparılmasına maneə deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinin qeyd etdiyi sülh danışıqlarının şərtləri müddətsizdir, lakin cəbhədəki şərtlər sürətlə dəyişir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putinin danışıqlara başlamaq təklifi ictimaiyyətə açıqlanıb və mediada bu təkliflər var, ona görə də təkliflərin yazılı şəklə salınmasına ehtiyac yoxdur.

Kreml rəsmisi vurğulayıb ki, Putinin təklifi məhz sülh təşəbbüsdür, onu ultimatum kimi şərh etmək düzgün deyil.

Peskov onu da qeyd edib ki, Putinə Zelenski və Stoltenberqin sülh təşəbbüsünə reaksiyası barədə məruzə olunub.

“Onların reaksiyası gözlənilən idi. ABŞ-nin də Putinin təkliflərinə reaksiyası gözlənilən olacaq, onlara son ukraynalıya qədər mübarizə aparmaq lazımdır”, – Kreml rəsmisi deyib.

Peskov Vladimir Zelenskinin legitim olmamasının danışıqların aparılması üçün maneə olmadığını da əlavə edib.

O vurğulayıb ki, “qeyri-legitim Zelenskinin Putinin təşəbbüsünü nəzərdən keçirmək və müharibəni dayandırmaq şansı var”.