Kremldən 4 ölkə liderinin Kiyevə səfərinə münasibətbackend

Kremldən 4 ölkə liderinin Kiyevə səfərinə münasibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbin Ukraynaya yeni silah tədarükü tamamilə faydasız olacaq”

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ümid edirəm ki, bu üç dövlətin liderləri (Fransa, İtaliya və Almaniya) və Rumıniya Prezidenti diqqətlərini yalnız Ukraynaya silah göndərməklə dəstəkləməyə yönləndirməyəcəklər”, – deyə o söyləyib.

Peskov, həmçinin bunun tamamilə faydasız olacağını və ölkəyə daha çox ziyan vuracağını əlavə edib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts, İtaliyanın Baş naziri Mario Draqi və Rumıniya Prezidenti Klaus Yohannis bu gün Kiyevə səfər ediblər.