Kremldən Avropa İttifaqına: Tanımayacağıqbackend

Kremldən Avropa İttifaqına: Tanımayacağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan dəniz yolu ilə neft alışına qadağa qoyacaq Avropa Birliyi Rusiya iqtisadiyyatına daha bir zərbə vurdu.

NOCOMMENT.az xəbər verir ki, Aİ və Avstraliyanın başçılıq etdiyi G7 ölkələrinin də dəstəklədiyi plan çərçivəsində Rusiya xam neftinin barelinin qiyməti 60 dollara çatdırılıb.

Bu qərara reaksiya verən Kreml rəsmi olaraq AB-nin əleyhinə çıxış edib. Qiymət həddi tətbiqini tanımayacağını bəyan edən Kreml bu siyasətin qlobal enerji bazarında sabitliyi pozacağını bəyan edib.

Kreml bu qərarın Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını davam etdirmək imkanlarına təsir etməyəcəyini vurğulayıb.

Neft sanksiyalarını qeyri-kafi hesab edən Ukrayna “Putini müharibədən çəkindirmək üçün Rusiya neftinin yuxarı qiymət həddi 60 deyil, 30 Dollar olmalı idi” bəyanatı ilə reaksiya verib.

Jalə Bədirova

NOCOMMENT.az