Kremldən Paşinyana daha bir cavabbackend

Kremldən Paşinyana daha bir cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BMT Təhlükəsizlik Şurasının sülhməramlı missiyasının Qarabağda yerləşdirilməsi yalnızca Bakı və İrəvanın razılığı əsasında mümkündür”.

NOCOMMENT.az xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

“İşgüzar və müxtəlif səviyyələrdə daimi olaraq təmaslar həyata keçirilir. Sözsüz ki, bu məsələ dəfələrlə gündəmə gəlib. Lakin aydındır ki, istənilən missiya yalnızca tərəflərin razılığı əsasında göndərilə bilər”, – deyə Peskov əlavə edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-u keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, 2025-ci ildə Rusiya sülhməramlı kontingentinin Qarabağda mandatı başa çatdıqdan sonra, İrəvan beynəlxalq sülhməramlıların Qarabağa göndərilməsi məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər.

 

Qafqazinfo