Kremldən Türkiyə AÇIQLAMASIbackend

Kremldən Türkiyə AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov Türkiyə və Rusiyanın təbii qaz mərkəzi layihəsi jurnalistlərə ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə ilə Rusiya arasında təbii qaz qovşağının yaradılması ilə bağlı layihə haqqında danışan Peskov bu mövzuda araşdırmaların davam etdiyini bildirib.

“Aydındır ki, bu çox çətin bir işdir. Bu olduqca çətin layihədir. Bu layihədə müəyyən vaxt gecikmələri və texniki və ya digər xarakterli müəyyən problemlər olacaq. Türk tərəfdaşlarımızla bu sahədə işimizi və əməkdaşlığımızı davam etdirəcəyik”, – deyə o bildirib.

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya prezidenti Vladimir Putin və Rusiyanın Uşaq Hüquqları üzrə Komissarı Mariya Lvova-Belova haqqında hərbi cinayətlər səbəbilə həbs qərarı çıxarmasını dəyərləndirən Peskov dünyada Rusiyaya və Putinə qarşı düşmən münasibətin olduğunu bildirib.

“Hər şeyi qeyd edirik. Biz işimizi davam etdiririk. Prezident də fəaliyyətini davam etdirir” deyə Peskov qeyd edib.

NOCOMMENT.AZ