Kremldən Türkiyəyə ETİRAZ: Bu açıqlamanı qəbul etmirikbackend

Kremldən Türkiyəyə ETİRAZ: Bu açıqlamanı qəbul etmirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyada keçirilən parlament seçkilərinə toxunub.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, türkiyəli nazir Krımda keçirilən Duma seçkilərinin legitimliyini tanımadıqlarını bəyan edib.

Məsələyə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ankranın mövqeyindən narazı qalıb: “Kreml Ankaranın Krımda keçirilən seçkilərin qeyri-legitimliyi barədə açıqlamasını qəbul etmir və bunu türkiyəli həmkarlarına açıq şəkildə söyləyir”.

Peskov Ankaranın Krım məsələsi ilə bağlı mövqeyini qarşıdakı illərdə dəyişəcəyinə ümid etdiklərini əlavə edib.