Kremlin bu təklifi Qarabağın avtomatik olaraq Azərbaycandan ayrılması demək idi…backend

Kremlin bu təklifi Qarabağın avtomatik olaraq Azərbaycandan ayrılması demək idi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni İttifaqın təsisçiləri olmaq hüququ ilə yalnız müttəfiq respublikalar deyil, o vaxtki Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla SSRİ-dəki bütün muxtar vilayət və respublikalar da təmin ediləcəkdi…”

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Respublikasının birinci Prezidenti Ayaz Mütəllibov Moderator.az-ın rus versiyasına geniş müsahibə verib. Sabiq dövlət başçısı Qarabağ məsələsi ilə yanaşı, dünya siyasəti ilə də bağlı bir sıra sualları cavablandırıb. Müsahibənin ən maraqlı məqamlarının tərcüməsini diqqətinizə çatdırırıq:

-Ayaz müəllim, bu yaxınlarda siz “Rossiya 1” telekanalına müsahibə veribsiniz. Rusiya jurnalistlərinin Azərbaycanın problemlərinə, o cümlədən Qarabağ ətrafında baş verən son olaylara münasibəti sizdə necə təəssürat yaratdı?

– Rusiya jurnalistlərinin Azərbaycanın tutduğu mövqeyə, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasi xəttin həssaslığına sayğılı münasibətinin şahidi oldum. Rusiya mətbuatı diametral olaraq Azərbaycan liderinin diplomatik istedadının etirafına, bu illər ərzində Azərbaycanın ətrafında gedən bütün proseslərə ayıq yanaşmağa doğru yönəlib. Ümumiyyətlə, rus jurnalistlərin əksəriyyətinin Azərbaycana münasibəti çox müsbətdir. Əlbəttə ki, bir neçə istisna olmaqla…. Fürsətdən istifadə edib ayrı-ayrı sifarişləri yerinə yetirmək istəyənlər var… Amma bunlar Azərbaycan-Rusiya münasibətlərinə ciddi təsir etmir. Və zaman da bunu göstərdi…

– Müsahibədə Qarabağla bağlı nələr deyildi?

– Yalnız bir kontekst var idi: “Qarabağ – Azərbaycandır…”

– Ayaz müəllim, sözügedən müsahibədə siz sovet dövründə Moskvada Mixail Qorbaçovun sədrliyi ilə keçirilmiş iclaslardan biri haqqında da danışmısınız. Həmin iclasda siz öz çıxışınızla, emək olar ki, Rusiyanın tamamilə parçalanmaqdan qurtulmasına dəstək vermiş olmusunuz. Xahiş edirik, bu çıxış haqqında oxucularımıza bir az ətraflı məlumat verəsiniz. Rusiyanın parçalanmasına qarşı çıxmağa sizi nə vadar etdi?

-Bəli, belə bir hadisə oldu. 1991-ci ildə İttifaq müqaviləsinin yeni variantlarının nəzərdən keçirildiyi son iclaslardan birində Kremldən bizə, yəni o vaxtkı müttəfiq respublikaların rəhbərlərinə müzakirə üçün təkliflər verildi. Bu təkliflərə əsasən, Kremlin o zamankı rəhbərlərinin fikrincə, SSRİ ərazisindəki həm müttəfiq, həm də muxtar qurumları yeni İttifaq dövlətinin təsisçiləri olaraq təyin etmək lazım idi. Yəni belə çıxırdı ki, yeni İttifaqın təsisçiləri olmaq hüququ ilə yalnız müttəfiq respublikalar deyil, o vaxtki Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla SSRİ-dəki bütün muxtar vilayətlər və respublikalar da təmin ediləcəkdi. Mən dərhal belə bir təklifi tənqid etdim və bunun açıq şəkildə müttəfiq respublikaların parçalanmasına xidmət etdiyini göstərdim. Öz çıxışımda təxminən belə dedim: “Yaxşı biz – Azərbaycan, bunu bir muxtar vilayətlə( yəni Dağlıq Qarabağla) bir təhər həll edəcəyik, amma Boris Nikolayeviç Yeltsinin onlarla muxtar qurumun olduğu Rusiya Prezidenti olaraq bu baxımdan nə edəcəyi böyük bir sual doğurur. Axı bu yanaşma Rusiyanı parçalamaqla təhdid edir. Buna heç bir şəkildə yol vermək olmaz, çünki Rusiya həmişə İttifaq dövlətinin özəyi olub”…

-Və Yeltsin və Qorbaçov sizin dediklərinizlə razılaşdılar?

-Bəli, demək olar ki. Mən deməli olduğumu dedim. Çünki bu təklif Dağlıq Qarabağın da Azərbaycandan avtomatik ayrılması demək idi. Və sonda həmin iclasda verilən qərar, bəhs edilən variantın istifadəsini, yəni keçmiş Sovet İttifaqı respublikalarının, o cümlədən Rusiya və Azərbaycanın ərazi bütövlüyünün itirilməsi hesabına postsovet məkanındakı muxtar qurumlarının sayının artırılmasını istisna edirdi…

Ardı var