Kremlin icazəsi olmadan Ermənistanın indiki rəhbərləri heç tualetə belə, gedə bilməz…backend

Kremlin icazəsi olmadan Ermənistanın indiki rəhbərləri heç tualetə belə, gedə bilməz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin Paşinyanla görüşdən əvvəl onu test etdirərək sərt karantin rejiminə məcbur etdi…

NOCOMMENT.az xəbər verir ki, yanvarın 11-də Moskvada Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan respublikalarının rəhbərləri ilə görüşü olacağı barədə rəsmi məlumatlar olmasa da, artıq dünya mediasında yayılan xəbərlərdə belə bir görüşün mümkünlüyündən tez-tez danışılır.

Görüş öz yerində… Görüşdən əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın koronavirusa yoluxmadığını müəyyənləşdirmək üçün RF prezidenti İrəvana xüsusi təyyarədə çoxsaylı həkimlər briqadası göndərib. Erməni həkimlərin diaqnozuna inanmayan Kreml başçısı Nikolu görüşdən əvvəl özü yoxlatdırmaq qərarına gəlib. Həkimlər Paşinyanı və Moskvaya onunla birlikdə gələcək nümayəndə heyətini test edib və sərt karantin rejiminə məcbur edib.

Hətta İsanın dünyaya gəlməsi mərasimində də Paşinyan Moskvanın tələbinə uyğun olaraq iştirak etməyib.

Ermənistan mediası bunu protokol deyil, Ermənistanın alçaldılması hesab edir və belə bir hərəkətin heç bir dövlət-hökumət başçısına qarşı edilmədiyini vurğulayırlar.

Bu alçaldıcı hərəkət yalnız Paşinyana qarşı deyil, bütün Ermənistanadır. Bu vəziyyətə onlar öz əməlləri ilə gəlib çıxıblar. Azərbaycana və Türkiyəyə torpaq iddialarından əl çəkməyən, əsrlərdir Rusiya imperiyasının əlində alət olub qonşularla düşmənçilik edən Ermənistan hələ çox alçaldılacaq. Ona görə ki, başına gələnlər ona dərs olmur, türklərlə düşmənçiliyi, türk torpaqlarını ələ keçirmək siyasətlərini davam etdirirlər.

Bir gün özlərinə yeni ağa tapıb, Rusiyaya qarşı çıxacaqları zaman da uzaq deyil. Bunu tarix sübut edib. Amma, 44 günlük müharibədəki məğlubiyyətdən sonra bütün erməni siyasiləri, hətta bir-birinə düşmən olanlar belə Moskva deyib yalvarırlar. Kremlin icazəsi olmadan bir iş görməyəcəklərinə, tualetə belə yalnız Moskvanın icazəsi ilə gedəcəklərinə and içirlər. Ona görə də nə qədər alçalırlar, qoy alçalsınlar…
Moderator.az