Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Nəqliyyat Keçidinin Vəziyyət Mərkəzinin Telegram kanalında məlumat verilib.
“Müayinə zonasında və körpü üzərində olan şəxslərdən sakitliyi qorumaq və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmək xahiş olunur”, – deyə məlumatda qeyd olunub.
Hərəkətin dayandırılma səbəbləri və bərpa vaxtı açıqlanmayıb.