Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə nəqliyyat keçidinin situasiya mərkəzinin Telegram kanalında məlumat verilib.
“Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb”, – məlumatda bildirilir.
Körpü və yoxlama zonasındakı şəxslərə sakitliyi qorumaq və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmək tövsiyə olunub.