Bazar ertəsi axşam saatlarında Krım körpüsündə avtomobil nəqliyyatının hərəkəti tam dayandırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə körpüyə gedən yollar üzrə vəziyyəti işıqlandıran məlumat mərkəzi xəbər verib.
Körpünün müvəqqəti bağlanmasının səbəbləri və nə vaxt açılacağı barədə hələ məlumat verilmir.
30 iyun 2025-ci il günorta saatlarında Krım körpüsünün hər iki tərəfində böyük avtomobil tıxacları yaranıb. Operativ vəziyyəti işıqlandıran Telegram kanalı məlumat verir ki, saat 14:00-a olan vəziyyətə görə, növbədə 1,3 minə yaxın avtomobil dayanıb.