NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki,Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb. Bu barədə məlumat mərkəzinin Telegram kanalı körpüyə yaxınlaşan yolda vəziyyətlə bağlı məlumat yayıb.
Körpüdə və yoxlama zonasında olan vətəndaşlardan sakit olmaları və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunub.
Noyabrın ortalarında güclü yağış və küləyin güclənməsi ilə əlaqədar yarımadada tufan xəbərdarlığı elan edildiyi üçün Kerç bərə xidməti fəaliyyətini dayandırıb.