Krım yarımadasına RAKET HÜCUMUbackend

Krım yarımadasına RAKET HÜCUMU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın ilhaqı altında olan Krım yarımadasında Belbek aerodromuna raket hücumu olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində hərbi hissənin rabitə məntəqəsində yanğın başlayıb. Yanğının 30 kvadratmetr ərazini əhatə etdiyi qeyd olunub.

Məlumata görə, itki yoxdur. Nə Rusiya, nə də Ukrayna hələ ki məlumata rəsmi münasibət bildirməyib.