Rusiya qoşunlarının işğal etdiyi Krımda dəmiryol relsləri yenidən partladılıb.
Bu barədə NOCOMMENT.az “Baza” Telegram kanalına istinadən xəbər verir .
Məlumata görə, “Petrovo-Vladislavivka” yolunda baş verən partlayış nəticəsində yük qatarının birinci vaqonu relsdən çıxıb.
Krımın işğal administrasiyasının rəhbəri Serhii Aksyonov bildirib ki, “təmir işləri təxminən 4-8 saat çəkəcək”.
Qeyd edək ki, hadisə nətisəcində xəsarət alan yoxdur.
NOCOMMENT