Krımda həyəcan – Müdafiə sistemləri işə salındıbackend

Krımda həyəcan – Müdafiə sistemləri işə salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiya tərəfindən ilhaq edilən Krım yarımadasında hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın təyin etdiyi Krım “nümayəndəsi” məlumat yayıb.

İddia edilir ki, Krımın Sevastopol şəhərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı (PUA) vurulub.

Qeyd edək ki, Sevastopol Rusiyanın Qara dəniz donanmasının qərargahıdır. Rusiya ötən ay Ukraynanı Krıma hücum etməkdə ittiham edərək “taxıl sazişindən” çəkildiyini açıqlayıb. Daha sonra danışıqlar nəticəsində Moskva sazişə yenidən qayıtdı.
modern