Ukrayna dronları oktyabrın 17-nə keçən gecə Rusiya tərəfindən işğal olunmuş Krıma hücum edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Krımski veter” telegram kanalı məlumat və video yayıb.
Simferopol rayonunun Qvardeyskoye qəsəbəsində yarımadanın ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsinin neft bazasında güclü yanğın baş verib. Sursat anbarının vurulması ehtimalı barədə də məlumatlar var.
Şahidlər partlayışların, ardınca isə yerli neft anbarının yaxınlığında güclü yanğının baş verdiyini bildiriblər.
İlkin məlumata görə, hücuma məruz qalan neft anbarı “Kedr” MMC-yə məxsusdur. Bu MMC Krımın ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsi olan ATAN-ın sahibidir. Belə obyektə uğurlu hücum Krımda yanacaq təchizatı ilə bağlı ciddi problemlərə gətirib çıxara bilər.
Səhər saat 6:20 radələrində isə Simferopol şəhərində və bölgəsində bir sıra güclü partlayış səsləri eşidilib. Qondarma rejin nümayəndələri hələlik vəziyyətlə bağlı açıqlama verməyib.
Xatirə SADİQ