Krımda Qərbin Ukraynaya “intihar kəməri” bağladığına inanırlarbackend

Krımda Qərbin Ukraynaya “intihar kəməri” bağladığına inanırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Krım Respublikasının Rusiya Prezidenti yanında daimi nümayəndəsi Georgi Muradov bildirib ki, Qərb ölkələri Ukraynaya silah verməklə Ukraynaya “intihar kəməri” bağlayır. Bu barədə RİA Novosti məlumat yayıb.

“Kollektiv Qərb Ukraynaya və Ukrayna xalqına qarşı dağıdıcı və barbar siyasət yürüdür, ona sonuncu Ukraynaya qarşı müharibə yolunu sırımaqda davam edir. Qərb Ukraynanı getdikcə daha çox öldürücü və dağıdıcı silahlarla təmin etməklə, əslində üzərinə intihar kəməri geyindirir”, – Muradov bildirib.

Onun fikrincə, Qərb Ukrayna vasitəsilə Rusiyaya zərər vurmaq üçün rusların yaşadığı “evi partlatmağa göndərir”.