Kriminal aləmdə yeni “ulduz”: Polad, amma Alemdar deyil…backend

Kriminal aləmdə yeni “ulduz”: Polad, amma Alemdar deyil…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, bir neçə gün əvvəl Türkiyənin Mersin şəhərində azərbaycanlı “qanuni oğru” Rafiq Eyvazova (“Rafik Masallinski”) sui-qəsd edilib. Məlumatlara görə, naməlum şəxs və ya şəxslər “qanuni oğru”ya 4 güllə vurub. Onun sonrakı taleyi haqda dəqiq bilgi yoxdur. Son xəbər onun xəstəxanaya yerləşdirildiyi barədə idi.

NOCOMMENT.az xəbər verir ki, Rusiya mənbələri hücumun arxasında Lotu Qulinin (Nadir Səlifov) qardaşı, “qanuni oğru” Namiq Səlifovun və onun “sağ əli” Polad Ömərovun durduğunu yazıb. İddia olunur ki, Namiq və Polad Lotu Qulinin qətlində əli olan hər kəsi cəzalandırmaqda israrlıdır.

“Rafiq Masallinski” Səlifovların Türkiyədə güclü mövqedə olduğunu bildiyindən, İstanbul və Antalyadan çox uzaqda- Suriya ilə sərhədə yaxın olan Mersində məskunlaşmağı seçib. Onun Mersində yaşadığını da çox az adam bilib. Buna baxmayaraq, Lotu Qulinin adamları onu tapıb öldürməyə çalışıblar.

Polad Ömərovun Lotu Qulinin qan qohumu olduğu deyilir. Qulinin sağlığında Polad onun yaxın çevrəsinə daxil olmasa da, qətlindən sonra Polad “qanun oğru” Namik Səlifovla həddindən artıq yaxınlaşıb. Polad da Qulinin qətliamında əli olan hər kəsi cəzalandıracağına söz verib.

Nazir Əliyevin 2021-ci ilin dekabrında Odessada öldürülməsinin arxasında da Poladın dayandığı bildirilir. Yada salaq ki, Nazir Əliyev Quliyə yaxın adam olub və faktiki onun mühafizə xidmətinin rəisi vəzifəsində çalışıb. Quliyə sui-qəsdən əvvəl o, elə təşkil edib ki, “qanuni oğru” mühafizəçisiz qalıb. Sonradan məlum olub ki, qətldə onun da ciddi rolu olub. Cinayətdən sonra o, Odessada gizlənib. Yalnız Poladın göstərişi ilə Qulinin keçmiş cangüdəni Şöhrəddin Quliyev onun gizləndiyi yeri tapılıb. Elə o da Əliyevi qətlə yetirən yerdə saxlanılıb və bütün günahı öz üzərinə götürüb.

Polad Ömərovun tərcümeyi-halı “zəngindir”. O, iki nəfərin oğurlanması və qətlə yetirilməsinə görə Ukrayna tərəfindən beynəlxalq axtarışa verilib. Və bu, onun ukraynalı qurbanlarının tam siyahısı deyil. O, Qazaxıstan, Çexiya və Bolqarıstan hüquq-mühafizə orqanlarının axtardığı şəxslər siyahısında olub. Lakin Polad Ömərov “qanuni oğru” adı almayıb. Elə bu günlərdə o, Rövşən Caniyevin (Rövşən Lənkəranski) qardaş(lar)ını güllələyənə 3 milyon dollar mükafat elan edib. Ümumiyyətlə, onun potensial qurbanları əsasən, müxtəlif vaxtlarda Quliyə qarşı çıxanlardır. İndi Polad Ömərov etibarlı şəxslər vasitəsilə Moskva vilayətində gül və göyərti biznesinə nəzarət etməyə çalışır. Üstəlik, o, Moskvanın böyük bazarlarında, o cümlədən “Food City”yə xərac qoymağa başlayıb. “Qanuni oğru” Vaqif Süleymanovun(Diplomat Vaqif) Poladla anlaşma cəhdi alınmayıb.

Yada salaq ki, Lotu Quli 2020-ci ilin avqustunda Türkiyədə yaxın adamı tərəfindən güllələnib. Quli klanı qətldə “qanuni oğrular” Əli Heydərov(Albert Rıjıy), Rafik Massalinski və Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın qohumu Zaur Əhmədovu suçlayır. Onların hamısının Quliyə nifrət etmək üçün səbəbləri var idi və hər biri onun öldürülməsində maraqlı idi. Gəncəli qanuni oğru ötən ilin aprelində məşq zalında öldürülüb. Rafiq Masallınski ölməyibsə, həyatı yenə də təhlükədədir. Zaur Əhmədovun isə Moskvada mühafizəçilər ordusu ilə işə gəlib-getdiyi deyilir…

Musavat.com