Kriminal avtoriteti güllələyən şəxs: Qohumumun ölümündə əli vardı – Məhkəməbackend

Kriminal avtoriteti güllələyən şəxs: Qohumumun ölümündə əli vardı – Məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovun silahlı hücuma məruz qaldığı hadisə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Təqsirləndirilən Şahmar İsmayılov ifadəsində hadisə barədə danışıb:

“Hamı qohumum Elnur Qasımovun ( kriminal aləmdə “Qardaşoğlu kimi tanınan avtoritet) ölümündə Nicat Əkbərovun əli olduğunu deyilirdi. Mən demirəm o öldürüb, Elnur Qasımovun yerinin bilinməsində onun əli var. Naxçıvandan Bakıya bu hadisə üçün gəldim. Elnurun qardaşı Emin Qasımovla (kriminal aləmdə Emin Naxçıvanski kimi tanınır) danışdım. O. Fransada yaşayır, orada həbsdədir. Ona dedim ki, Bakıda maşın lazımdır. O da Ramal Məmmədovun nömrəsini mənə verdi. Onunla danışdım dedim ki, atam xəstədi ona görə maşın lazımdır. Ramal maşın işini həll elədi. Sonra idman zalına getdim. Vüqara dedim ki, qiymətini soruş o da dedi ki, bahalıdır. Sonra özüm girdim. Nicat Əkbərovu da orda görmüşdüm. Çıxdım çölə gözlədim, o çıxanda Nicatı çağırdım 3 dəfə ayağına atəş açdım. Silahdan istifadə edənə qədər Vüqar Quliyevin xəbəri yox idi. Mən onu öldürmək niyyətində deyildim. Öldürmək istəsəm neçə dəfə belə şans yaranmışdı. Hadisədən sonra Türkiyəyə getməyi düşünürdüm”.

Zərərçəkmiş Nicat Əkbərov (Nicat Lənkəranski) ifadəsi zamanı Elnur və Emin Qasımov qardaşlarını 20 ildir tanıdığını, son 2-3 ildə əlaqələrinin bitdiyini deyib.

Daha sonra prosesdə zərərçəkmiş şəxs Tamerlan Hüseynov mülki iddia qaldırıb. O, iddiasında ona dəymiş 10 min 623 manat ziyanın hər 3 təqsirləndirilən şəxsdən müştərək qaydada tutularaq ona ona verilməssini istəyib.

Mülki iddia icraata götürülüb.

Proses dekabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, “Nicat Lənkəranski” bu hadisədə zərərçəkmiş qismində iştirak etsə də, o, hadisədən bir müddət sonra Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə həbs olunub.

Xatırladaq ki, hadisə martın 10-u saat 15 radələrində paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verib.
İstintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə “Nicat Lənkəranski” adı ilə tanınan Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.