Kriminal XRONİKA: Şübhəli bilinən 44 nəfər tutuldubackend

Kriminal XRONİKA: Şübhəli bilinən 44 nəfər tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 6-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən (DİN) NOCOMMENT-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.