Kriminal XRONİKA: Şübhəli bilinən 51 nəfər tutuldubackend

Kriminal XRONİKA: Şübhəli bilinən 51 nəfər tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 5-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 40 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Son sutkada respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.