Kriminal XRONİKA: Şübhəli bilinən 61 nəfər saxlanılıbbackend

Kriminal XRONİKA: Şübhəli bilinən 61 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 14-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 87-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 11-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən (DİN) NOCOMMENT-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Ötən gün avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.