Kriminal XRONİKA: Şübhəli bilinən 75 nəfər saxlanılıbbackend

Kriminal XRONİKA: Şübhəli bilinən 75 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 25-də və 26–da ölkə ərazisində baş verən krimnal statistika açıqlanıb.

NOCOMMENT xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Bildirilir ki, qeydə alınan cinayətlərdən 96-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 13-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 48 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.