Azərbaycanda DƏHŞƏTLİ qətl baş verdi - 69 yaşlı qadını...

Azərbaycanda DƏHŞƏTLİ qətl baş verdi - 69 yaşlı qadını...

Masallı rayonunda 69 yaşlı yaşlı qadın balta ilə öldürülüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb.

1957-ci il təvəllüdlü Elmira Əmənovanın meyiti yaşadığı evdə aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini müayinə ediblər. İlkin ehtimala əsasən, hadisə qarət məqsədi ilə törədilib.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.\\report.az