Orta yaşlı kişini maşın vurub öldürdü – kimliyi məlum oldu / TƏFƏRRÜAT

Orta yaşlı kişini maşın vurub öldürdü – kimliyi məlum oldu / TƏFƏRRÜAT

12:59

Şəmkirdə yol qəzasında ölən piyadanın adı məlum olub.

NOCOMMENT.az -ın qərb bürosunun məlumatına görə, Mersedes Vito markalı mikroavtobusun vuraraq öldürdüyü piyadanın Gədəbəy rayon sakini 1988-ci il təvəllüdlü V.Əlizadədir.

***09:47

Şəmkirdə naməlum piyadanı vuran avtomobilin sürücüsünü kimliyi məlum olub.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, rayonunun Təzəkənd kənd sakini, 1982-ci il təvəllüdlü Yavər Hacılı idarə etdiyi “Mercedes Benz Vito” markalı avtomobillə naməlum piyadanı vurub. Piyada hadisə yerində ölüb.

Qeyd edək ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonunun Çaparlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hazırda ölən piyadanın kimliyi dəqiqləşdirilir.

***09:04

Şəmkirdə piyadanı avtomobil vuraraq öldürüb.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Hərəkətə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Ölən şəxs adı dəqiqləşdirilir.

Faktla araşdırılır.