“Kristal Abşeron”dan şikayətlərin ardı-arası KƏSİLMİR – Milyonları kim MƏNİMSƏYİR?backend

“Kristal Abşeron”dan şikayətlərin ardı-arası KƏSİLMİR – Milyonları kim MƏNİMSƏYİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərdə tikinti şirkətlərinin inşa etdiyi binaların keyfiyyətindən müxtəlif səpkili şikayətlərə rast gəlmək olar. Payçıları xüsusən narahat edən tikilən binaların beton keyfiyyəti, zəlzələyə davamlılığının olmasıdır. Bu tikinti şirkətlərindən biri də “Kristal Abşeron”dur. Tikinti şirkəti ilə bağlı şikayətlər mütəmadi olaraq gündəmə gəlir. Adətən “Kristal Abşeron”un inşa etdiyi binalarda keyfiyyətsiz məhsullardan istifadə edildiyi deyilir. Bir müddət əvvəl isə ipoteka ilə ev alan insanlar arasında tikinti şirkəti ilə bağlı narazılıq hallarına daha çox rastlanılırdı.

NOCOMMENT.az referans.az-a istinadən xəbər verir ki, “Kristal Abşeron” tikinti şirkəti ilə bağlı gələn şikayətlərin ardı-arasının səgiməməyinə baxmayaraq vətəndaşların, sakinlərin narazılığına belə laqeyd yanaşılır, heç bir işə baxılmır. Vətəndaşları narazı salan əsas faktorlar isə şirkətin laqeyd və yarıtmaz fəaliyyəti ilə bağlıdır.

Beləliklə, adı zaman-zaman müxtəlif ittihamlarda və qalmaqallı vətəndaş şikayətlərində hallanan “Kristal Abşeron” tikinti şirkətinin adı növbəti dəfə gündəmə gəlib.

Redaksiyamıza müraciət Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən “Kristal Abşeron” yaşayış kompleksinin sakinləri tərəfindən daxil olub. Onlar, mənzillərin keyfiyyətsiz tikintisindən şikyətçidirlər:

“Mən bu evi alanda bu fikirlərlə almamışdıq, yaşamaq üçün almışdıq. 21-ci əsrdir və mən hər gün tualetdən nəcis təmizləyirəm. Belə yaşamaq olmaz. Biz buranı alanda belə deyildi, bir neçə ildən sonra evin oboyları qopmağa başladı. Daha sonra su borularının keyfiyyətsiz olduğunun şahidi olduq, bir neçə yerdən deşilib partlamağa başlamışdı. Sadəcə biabırçılıqdır, buna başqa ad qoya bilmirik. 100 minlərlə qiymətə millətə mənzil satırlar, keyfiyyəti də göz qabağında”.

Ötən il “Kristal Abşeron” tikinti şirkətinin ƏDV-lə bağlı da vətəndaşlara sıxıtnı yaşatdığı məlum olub. Məlumata görə, “Kristal Abşeron”un Bakının Yasamal rayonu ərazisində saldığı “Park Yasamal-2“ yaşayış massivinin sakinləri şirkətdən şikayətçi olublar. Səbəb isə odur ki, 2020-ci ildən sonra aldıqları mənzillərə görə 3 ildir hesablanmış ƏDV-ni geri ala bilmirlər.

Referans.az xatırladır ki, qanunvericiliyə görə ƏDV-nin 30 faizi vətəndaşa geri qaytarılmalıdır. Bunun üçün vətəndaş ödədiyi məbləği 2 hesaba ödəməlidir. Bunun biri, satıcı şirkətin əsas hesabıdır, digəri isə depozit ƏDV hesabıdır. Lakin, “Kristal Abşeron” şirkəti vaxtında bunu vətəndaşlara izah etməyib. Və bütün vəsaitlər yalnız şirkətin hesabına ödənilib. Dövlət hesabına heç bir vəsait ödənilmədiyi üçün müştərilər ƏDV-nin 30 faizini geri ala bilmir.

Yaxın keçmişə nəzər saldığımız zaman “Kristal Abşeron” Mənzil Tikinti Kooperativinin adının məhkəməyə qalmaqlında da hallandığının şahidi oluruq. Belə ki, bu ilin yanvar ayında bina sakinləri məhkəmədə “Kristal Abşeron”la bağlı iddia qaldırıblar. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr – maddi və mənəvi ziyanın ödənilməsidir.

Məsələ isə bundadır ki, adı gündəmdən çıxmayan “Kristal Abşeron”dan şikayətlər nə zaman səngiyəcək? Vətəndaş və sakinlərin müraciətlərinə niyə baxılmır? Rəhbərlik və idarə heyyəti bu şikayətlərə nə zaman düzgün və kəsərli bir cavab verəcək? Bu sualların tək bir cavabı var, o isə şirkətin laqeyd və yarıtmaz fəaliyyəti ilə bağlıdır.

Xatırladaq ki, bu xəbəri dərc etməklə müəssisənin işgüzar nüfuzunu zədələmək niyyətimizin olmadığını bir daha bəyan edir, “Kristal Abşeron” tikinti şirkətinə qarşı hər hansı qərəzli mövqeyimizin olmadığını vurğulayırıq.