Kriştiano Ronaldo het-trik etdi – Əl-Nəsr qalib gəldi – VİDEObackend

Kriştiano Ronaldo het-trik etdi – Əl-Nəsr qalib gəldi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı Pro Liqasının 18-ci həftəsində “Əl-Nəsr” komandası “Damak”ı Kriştiano Ronaldonun vurduğu qollar ilə məğlub edib.

NOCOMMENT.az xəbər verir ki, Sultan bin Əbdüləziz Stadionunda olan qarşılaşmada Kriştiano Ronaldonun 18-ci (penalti), 23-cü və 44-cü dəqiqələrdə vurduğu qollarla “Əl-Nəsr” 3-0 qalib gəlib.

İki həftə əvvəl oynadığı “Əl-Vehda” matçında 4 qol vuran portuqaliyalı ulduz bununla yeni komandasında ikinci dəfə het-trik edib.

Qeyd edək ki, Kriştiano Ronaldo indiyədək “Əl-Nəsr”in heyətində 5 liqa oyununda 8 qol vurub.

NOCOMMENT.AZ