Kriştiano Ronaldo Maradona mükafatını alacaqbackend

Kriştiano Ronaldo Maradona mükafatını alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanın “Əl-Nəsr” və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo əfsanəvi Dieqo Maradonanın adını daşıyan mükafata layiq görülüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Euro-Futbol.Ru məlumat yayıb.

Forvard mükafatı 2023-cü il təqvim ilinin bombardiri kimi alacaq. 38 yaşlı portuqaliyalı 54 qola imza atıb. Ondan sonra PSJ-nin hücumçusu Kilian Mbappe və hərəyə 52 qol vuran “Bavariya”nın hücumçusu Harri Keyn gəlir.

Ronaldo mükafatı yanvarın 19-da Dubayda keçiriləcək Globe Soccer Awards mərasimində alacaq.

Kriştiano Ronaldo beşqat “Qızıl top”un sahibidir.