Kritik görüş: Ərdoğan Ukraynaya gedir – Masadakı məsələlərbackend

Kritik görüş: Ərdoğan Ukraynaya gedir – Masadakı məsələlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə Lvova birgünlük işgüzar səfərə gedir. O, hazırda Ankaradakı Esenboğa hava limanındadır.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Prezident Ərdoğanın ukraynalı həmkarı ilə görüşü zamanı strateji tərəfdaşlıq səviyyəsində olan Türkiyə-Ukrayna əlaqələrinin bütün aspektlərinin müzakirə ediləcəyi bildirilib.

Səfər zamanı Ukrayna Prezidenti Zelenski və BMT baş katibi Antoniu Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur.

Sözügedən görüşdə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılmış mexanizmin fəaliyyətinin artırılması ilə yanaşı, Ukrayna-Rusiya müharibəsinin diplomatik yollarla dayandırılması üçün atılacaq addımlar müzakirə olunacaq.