Rusiyanın Ukraynanın Krivoy Roq şəhərinə həyata keçirdiyi raket hücumunda həyatını itirənlərin sayının 5-ə, yaralı sayının isə 73-ə yüksəldiyi açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, Vladimir Zelenski bu gün səhər saatlarında Rusiyanın Krivoy Roqa hücumları ilə bağlı sosial media hesabında açıqlama verib.
Rusiya raketinin vurulduğu yerdə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Zelenski, “İlk təyinatlara görə, 2 ballistik raket atılıb. Evin 4-cü mərtəbədən 9-cu mərtəbəyə qədər olan hissəsi tamamilə dağılıb” deyə qeyd edib.
Zelenski hücumda biri uşaq olmaqla 5 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirib.
NOCOMMENT.AZ