“Krokus” terrorunun əsas qurbanı – Ağalarov! – Bütün sərvətini itirmək ərəfəsindəbackend

“Krokus” terrorunun əsas qurbanı – Ağalarov! – Bütün sərvətini itirmək ərəfəsində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağalarovun bütün sərvətinə əl qoyula bilər

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, martın 22-də Moskva vilayətində “Krokus Siti”də baş verən terror hadisəsindən sonra açıq qalan suallardan biri də “Krokus” şirkətlər qrupunun prezidenti, azərbaycalı iş adamı Araz Ağalarovun biznesinin taleyi ilə bağlıdır.

Hadisənin ilk günlərində onun “Krokus”u bərpa edəcəyi ilə bağlı fikirlər səslənirdi. Hətta Ağalarov özü də bu barədə açıqlama vermişdi. Oğlu Emin Ağalarov isə vaxtilə 70 milyon dollara başa gələn “Krokus Siti”nin bərpası üçün hazırda 150 milyon dollardan artıq vəsait tələb olunduğunu açıqladı.
Oğul Ağalarov “Korkus”un bərpası ilə bağlı yekun qərarın qəbul olunmadığını, bu məsələdə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, prezident Vladimir Putin və ictimaiyyətin rəyini gözləyəcəklərini vurğuladı.
Bu ayın əvvəlində isə “Krokus”un bərpası ilə bağlı fikirləri tamamilə əks mülahizələr əvəzlədi. Belə ki, əvvəlcə kimlərsə ictimai rəy sorğusu keçirdilər və nəticələrə əsasən, əhalinin 69 faizinin “Krokus”un bərpasının əleyhinə olduğunu bildirdilər.
Daha sonra bu fikir rusilalı deputatlar, o cümlədən Dövlət Dumasının üzvü Olqa Zanko tərəfindən təkrarlandı. O bildirdi ki, faciənin baş verdiyi yerdə yenidən əyləncə və konsert zalının inşası həlak olanların xatirəsinə hörmətsizlik olar. Deputat həmin ərazidə pavilyon, park və ya qalereya yaratmağın daha doğru olduğunu dedi. Zankonun digər həmkarları, eləcə də Rusiya ictimaiyyəti “Krokus”un yerində faicə ilə bağlı memorialın yaradılmasını təklif etdilər.
Məsələ bu kimi təkliflərlə yekunlaşsaydı, bəlkə də Ağalarovların “Krokus”un bərpasına ümidləri özünü doğrulda bilərdi. Ancaq martın sonu, aprelin ilk günlərdində “Krokus” məsələsi daha da qəlizləşdi.
Əvvəlcə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Prezident Vladimir Putinin keçirdiyi müşavirdə bildirdi ki, yanğın təhlükəsiliyi qaydalarının pozulması onların apardığı istintaqın əsas vektorlarından biri olacaq. Baxmayaraq ki, buna qədər obyektin sahibi Araz Ağalarov konsert zalında bütün təhlükəsilik sisteminin (o cümlədən məlumatlandırma və yanğın təhlükəsizliyi) işlədiyini, bütün yanğın hidratlarında təzyiq olduğunu, yanğından mühafizə sisteminin maksimum işlədiyini açıqlamışdı.
Ağalarov həmçinin bildirmişdi ki, terror aktı baş verən zaman “Krokus Siti”nin bütüm evakuasiya çıxışları açıq olub: “Crocus City Hall”da kifayət qədər yanğın çıxışı var. Qapıların bağlı olduğu yerlər isə yanğın çıxışları deyil – bunlar xidməti otaqlardır, orada çoxlu qrim, soyunub-geyinmə otaqları, səsyazma studiyaları, anbarlar, avadanlıqlar var, bütün texniki dəhlizlər geriyə – foyeyə aparır”.
Ağalarovun bu izahatlarına rəğmən, Rusiya İstintaq Komitəsi məsələnin araşdırılacağında nəinki israrlı oldu, hətta artıq həbslərə başladı. Belə ki, dünən Krokus”un iki əməkdaşı – yanğın təhlükəsizliyinə məsul şəxs və yanğından mühafizə sistemlərinə xidmət göstərən mühəndis saxlanıldılar.
Bu hərəfədə “Krokus” terrorunda zərərçəkənlərin hərəkətləndiyinin də şahidi olduq. Belə ki, 12 nəfər zərərçəkən kresloların yanması, təhlükəsiz xidmətinin təmin olunmaması iddiası ilə Rusiya İstintaq Komitəsinə müraciət edərək, konsert zalının sahiblərinin məsuliyyətə cəlb olunmasını tələb etdilər.
Göründüyü kimi, hadisə zamanı itkilərin miqyasının çox olmasına görə məsuliyyətin bir hissəsinin Ağalarovların boynuna qoyulması planı addım-addım həyata keçirilir: əvvəlcə sorğular və siyasətçilər vasitəsilə bu istiqamətdə ictimai rəy formalaşdırılır, sonra zərərçəkənlər hərəkətə gətirilir, daha sonra isə həbslərə başlanılır.
Bütün bunlar “Krokus” terroruna görə Ağalarovların başının hələ çox ağrıyacağından xəbər verir. Başlanan istintaq prosesi aylarla, hətta illərlə uzana bilər ki, bu da azərbaycanlı milyarder üçün yaxşı heç nə vəd etmir.
Amma məsələnin qəlizliyi yalnız bununla məhdudlaşmır. İş burasındadır ki, yanıb tamamilə məhv olan “Krokus Siti” ötən ilin payızında “Qazprom”a girov qoyulub. Dəyəri yüz milyon dollarla ölçülən həmin girov artıq məhv olub. Təbii ki, bank bunun əvəzində yeni girov tələb edəcək. Hətta Ağalarovların çətin vəziyyətdə olduğundan yaralanan bank yeni girovun dəyərini dəfələrlə artıra bilər ki, bu da onları “Krokus” şirkətlər qrupunun digər mühüm obyektlərindən məhrum edə bilər.
Beləliklə, qarşıdakı aylarda Rusiya prezidenti Vladimir Putin Ağalarovlarla bağlı planını həyata keçirmək üçün onlara həm İstintaq Komitəsi, həm “Qazprom”, həm də digər ictimai və inzibati təzyiq rıçaqları ilə təsir göstərməyə davam edəcək.