Rusiya İstintaq Komitəsi Krasnoqorskdakı “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə bağlı araşdırmanı başa çatdırıb, tərəflər materialları nəzərdən keçirməyə başlayıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a təqsirləndirilən şəxslərdən birinin vəkili Oleq Vlasovun məlumat verib.
“İş üzrə istintaq hərəkətləri başa çatıb, tərəflər onun materialları ilə tanış olmağa başlayıblar. Qanunvericiliyə görə, bu işi birinci edənlər zərərçəkmişlərdir və onların sayı minə yaxındır. Ona görə də işin tez bir zamanda baxılması üçün məhkəməyə verilməsi ehtimalı azdır”, – müdafiəçi bildirib.