KTMT-dən Qarabağ açıqlamasıbackend

KTMT-dən Qarabağ açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyada sülhməramlı qüvvələrin yerləşdirilməsi münaqişə tərəfləri tərəfindən güc tətbiq edilməməsi üçün əhəmiyyətli faktora çevriləcək: “Yenə də xatırladırıq ki, Dağlıq Qarabağdakı münaqişənin həlli yalnız siyasi və diplomatik metodlarla mümkündür. Biz Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılması faktını müsbət qiymətləndiririk. Bu, Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri 9 noyabrda müvafiq bəyanat imzaladıqdan sonra mümkün oldu. Bölgədə sülhün bərqərar olmasına və qan tökülməsinə son qoyan bütün cəhdləri alqışlayırıq. KTMT dəfələrlə münaqişə tərəflərini atəşkəsə qayıtmağa və Dağlıq Qarabağ münaqişəsinin müstəsna sülh danışıqları yolu ilə həll edilməsinə çağırmışdı”.

Qeyd edək ki, Ermənistan müxtəlif yollarla KTMT-ni münaqişəyə cəlb etməyə çalışsa da, bacara bilməmişdi.