KTMT Ermənistana müşahidəçilər göndərə bilər – LAVROVbackend

KTMT Ermənistana müşahidəçilər göndərə bilər – LAVROV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana müşahidəçilər göndərməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan XIN başçısı Ararat Mirzoyanla görüşü zamanı bildirib.

O deyib ki, müşahidəçilərin göndərilməsi üçün Kollektiv Təhlükəsizlik Şurasının qərarı olmalıdır.

“KTMT-nin baş katibinin, Birləşmiş Qərargah rəisinin Ermənistana göndərilməsi barədə qərar qəbul edilib. Onlar Ermənistana səfər etdilər və Ermənistanın tövsiyələrini təşkilata çatdırdılar. Bu tövsiyələr bir aydan çoxdur ki, bizdədir. Bu tövsiyələr Ermənistan ərazisinə, Azərbaycanla sərhədə KTMT müşahidəçilərinin göndərilməsindən ibarətdir”, – Lavrov qeyd edib.