KTMT Ermənistanla bağlı iclas keçirəcəkbackend

KTMT Ermənistanla bağlı iclas keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda yaxın zamanlarda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının keçirilməsi məsələsi nəzərdən keçirilir”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib.

“Təşkilata üzv ölkələrin liderləri qarşıdakı videokonfrans formatında keçiriləcək görüş zamanı KTMT missiyasının Ermənistandakı işinin nəticələrini müzakirə edəcəklər”, – deyə Zaxarova söyləyib.

Onun sözlərinə görə, tərəflər iclas zamanı İrəvana yardım göstərməyə dair birgə tədbirlərlə bağlı təklifləri nəzərdən keçirməlidirlər.