KTMT Lavrov Ermənistanbackend

KTMT Lavrov Ermənistan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nümayəndə missiyasının öz ərazisində yerləşdirilməsini istəyirdi və buna razılaşmışdı”.

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Serhey Lavrov qeyd edib.

O bildirib ki, İrəvanda keçirilən sammitdə bununla bağlı sənəd imzalanacaqdı:

“Biz eynilə 2022-ci iln yanvarında KTMT üzvü olan Qazaxıstanda olduğu kimi Ermənistana da kömək etməyə hazır idik. 2022-ci ilin payızında təşkilatın İrəvanda keçiriləcək sammitində missiya qrupunun göndərilməsilə bağlı razılıq əldə olunmuşdu. Erməni müttəfiqlərimizin müraciətinə uyğun olaraq hətta xarici işlər nazirləri səviyyəsində sənəd də hazırlanmışdı. Amma son anda ermənilər özləri sənədin təxirə salınmasını xahiş etdilər. Beləliklə bu, sadəcə kağız üzərində qaldı. Amma Ermənistan qərarını dəyişərək yenidən belə bir tələb irəli sürərsə, biz lazımı addımları atacağıq. Əminəm ki, Ermənistan bundan faydalanacaq və vəziyyət sabitləşəcək”.