KTMT-nin Birgə Qərargahının əməliyyat qrupu Qazaxıstana ezam olunubbackend

KTMT-nin Birgə Qərargahının əməliyyat qrupu Qazaxıstana ezam olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KTMT-nin Böhran Vəziyyətlərinə Nəzarət Mərkəzi gecə-gündüz iş rejiminə keçirilib, Təşkilatın Birgə Qərargahının əməliyyat qrupu Qazaxıstana ezam olunub.

“NOCOMMENT” APA-ya istinadən xəbər verir ki, bu barədə KTMT-nin Birgə Qərargahında jurnalistlərə məlumat verilib.

Məlumatda qeyd edilir ki, qrupa KTMT-nin Birləşmiş Qərargah rəisinin müavini rəhbərlik edir.

Qərargahdan bildiriblər ki, KTMT-nin Böhran Vəziyyətlərinə Cavab Mərkəzinin gecə-gündüz işi qurulub, təşkilata üzv ölkələrin müdafiə idarələri ilə videokonfrans əlaqəsi yaradılıb.