KTMT-nin əməliyyat qrupu Ermənistanda işinə başlayıb – VİDEObackend

KTMT-nin əməliyyat qrupu Ermənistanda işinə başlayıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş Qərargahının Əməliyyat qrupu Ermənistanda fəaliyyətə başlayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, qrupa KTMT-yə üzv olan bütün dövlətlərin nümayəndələri daxildir. Bu qrup Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Ermənistana göndərilib.

Qeyd edək ki, qrup Ermənistan-Azərbaycan sərhədində vəziyyəti araşdırır.

Xatırladaq ki, sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə genişmiqyaslı təxribat törədib. KTMT-nin Birləşmiş Qərargahının Əməliyyat qrupunun Ermənistana səfəri də bu hadisələrlə bağlıdır.